GÖYÇAYDA KÜTLƏVİ DAVA: 4 nəfər bıçaqlandı

Göyçay rayonunda kütləvi dava olub. APA TV-nin məlumatına görə, hadisə rayonun Bəydövül kəndində qeydə alınıb. Qonşu kənddə keçirilən toy mərasimindən qayıdan bir qrup Bəydövül sakini ilə həmyerliləri arasında mübahisə düşüb. Mübahisə qısa müddətdə kütləvi davaya çevrilib. Nəticədə 25 yaşlı Nüsrət Mustafayev, 24 yaşlı Rusif Yusifov, 20 yaşlı Rüstəmxan Yusifli və 48 yaşlı Qorxmaz Yusifov bıçaqlanıb, 26 yaşlı Nəzarət Mustafayev isə dəmir küt alətlə döyülüb.

 

Xəsarət alan 5 nəfər Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə və travmatologiya şöbələrinə yerləşdirilib Zərərçəkən Rüstəmxan Yusifli deyib ki, əmisinin döyüldüyünü görəndə davaya müdaxilə edib. Dalaşanları aralamaq istəyərkən özü də xəsarət alıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov