SƏRHƏDDƏ ATIŞMA: Qaçaqmalçıların silahlı basqını dəf edildi
Azərbaycan Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində 4 nəfərdən ibarət silahlı qaçaqmalçı qrupun İrandan Azərbaycana keçmə cəhdinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumatda deyilir ki, sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı silah tətbiq olunub və nəticədə silahlı toqquşma baş verib. Sərhədçilərin peşəkar və qəti hərəkətləri nəticəsində silahlı basqın dəf olunub, sərhəd pozucuları geri qaçmağa məcbur edilib. Hadisə yerinə baxış zamanı ərazidə külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
APA TV-nin xəbərinə görə, faktla bağlı istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlkin Nəcəfzadə APA TV