Türkiyədə ZƏNCİRVARİ QƏZA: 74 MAŞIN TOQQUŞDU

Türkiyədə 50 avtomobilin toqquşması ilə nəticələnən zəncirvarı qəza olub. Hadisə Diyarbəkir - Şanlıurfa yolunda, duman və yolun buz bağlaması səbəbindən baş verib. APA TV-nin xəbərinə görə, qəzada çoxlu sayda yaralının olduğu bildirilir. Hadisə yerinə təcili yardım maşınları göndərilib. Diyarbəkirin çıxışındakı "500 Evlər" adlı yerdə baş verən qəzadaka 50 avtomobilin içərisində bir yük maşını, bir ambulans və avtobuslar da var. Qəza yerinə çoxlu polis əməkdaşı cəlb edilib. Diyarbəkir - Şanlıurfa yolunda nəqliyyatın hərəkəti nəzarətlə bərpa edilib.

 

Son məlumatlara görə, hadisə zamanı 74 avtomobil zədələnib. Səhər saatlarında baş verən qəzada ilk olaraq şagirdləri daşıyan avtobus yolun ortasındakı arakəsməyə dəyib. Bundan sonra, digər avtomobillər biri-birinə dəyib. Zədələnən təcili tibbi yardım maşınının qəzadakılara yardım etmək üçün gəldiyi qeyd edilir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı