“VAZ 2107” "Mercedes"ə çırpıldı, iki gənc ağır yaralandı
Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 25-ci km-də qeydə alınıb. Xaçmaz rayon sakini, 23 yaşlı İlqar Osmanovun idarə etdiyi “VAZ 2107” markalı avtomaşın qarşıdan gələn Quba rayon sakini, 30 yaşlı Əli Rəhmanova məxsus “Mercedes”lə toqquşub. Qəza nəticəsində “VAZ 2107”-nin sürücüsü və sərnişini Məhəbbət Osmanov müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.