Rusiyadan ən çox pul çıxaran azərbaycanlılardır
Ötən ilin yanvar-sentyabr aylarında pul köçürmə sistemi vasitəsi ilə Rusiyadan MDB ölkələrinə 15 milyard dollar vəsait göndərilib. APA TV-nin xəbərinə görə, Rusiya Mərkəzi Bankının yaydığı hesabatda bildirilir ki, ən çox pul yəni 4,9 milyard dollar Özbəkistana köçürülüb. İkinci yerdə isə Tacikistan durur. Pul köçürmə sistemi vasitəsi ilə Rusiyadan bu ölkəyə pul nəqli 3 milyard dollar təşkil edib. Daha sonra isə Ukrayna və Qırğızıstan gəlir. Ən böyük məbləğdə pul köçürmə isə Qazaxıstan və Azərbaycana həyata keçirilib. Hər miqrant orta hesabla təxminən 570 dollar köçürülüb. Ən az məbləğdə pul isə Tacikistan və Qırğızıstana göndərilib ki, bu da təxminən hər vətəndaş üçün 300 dollar deməkdir.