Müsavat Partiyası MİLLİ ŞURADAN GETDİ - BƏYANAT

Müsavat Partiyası Milli Şuradan çıxıb. Bu barədə APA TV-yə Milli Şuradan məlumat verilib. Müsavat Partiyasının Divanı yanvarın 6-da keçirilən iclasda qəbul etdiyi qərarla Milli Şurada təmsilçiliyinə son verib. Qərarda qeyd edilir ki, Milli Şura prezident seçkiləri ilə əlaqədar yaradılmış qurumdur, prezident seçkiləri arxada qaldığından Milli Şura artıq missiyasını başa çatdırıb. Eyni zamanda bildirilir ki, prezident seçkilərindən sonra yeni situasiya yaranıb və bu situasiyaya uyğun olaraq yeni modellər, birliklər yaradılmalıdır. Bununla bağlı Müsavat partiyası yaxın saatlarda mətbuat üçün bəyanatda yayacaq.

 

Müəllif | Apa.Tv