Ərdoğan 3 çağırışdan artıq deputat olan partiya üzvlərini məyus etdi

 

"Partiya olaraq, prinsipimiz budur: 3 çağırış millət vəkilli olan şəxs bir dönəm ara verəndən sonra yenidən namizədlyini irəli sürə bilər".

 

APA TV-nin xəbərinə görə, bunu Yaponiyada səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Baş nazirin sözlərinə görə, onunla birgə bir çox partiya üzvü üçüncü çağırışdır, millət vəkillidir. Partiyanın qərarına əsasən, həmin şəxslər növbəti seçkidə nazmidəliyini irəli sürməyəcək.

Ərdoğanla birgə Ədalət və İnkişaf Partiyasının (AKP) 73 üzvü 3-cü dəfə parlamantə üzv seçilib. Baş nazirin bu çıxışına qədər belə fikir var idi ki, partiyanın əsasnaməsində hansısa yolla dəyişiklik ediləcək. Ancaq Ərdoğanın bu fikrindən sonra 73 AKP millət vəkilinin namizədliyini irəli sürməyəcəyi dəqiqləşib.

Namizəd ola bilməyəcək şəxslərin arasında baş nazirin köməkçiləri Bülənt Arınc, Bəşir Atalay, Bəkir Bozdağ, Ali Babacan, elm, sənaye və texnologiya naziri Nihat Ergün, ədalət naziri Sədullah Ergin və başqa digər nazirlər, keçmiş nazirlər də var.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı