Gəncədə dəhşət: ANA QIZINI, QARDAŞ BACISINI BIÇAQLADI

Gəncə şəhərində iki bıçaqlanma hadisəsi baş verib. APA TV- nin qərb bürosunun xəbərinə görə, Gəncə şəhər sakini, 19 yaşlı İlahə Cəlilova qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. 


Nizami rayon Polis İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində İlahə Cəlilovanı anası Mehriban Cəlilovanın bıçaqladığı məlum olub. Hadisəyə ailə münaqişəsinin səbəb olduğu bildirilir.

 

Gəncə şəhər sakini, 32 yaşlı Lalə Əliyeva da qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Aparılan araşdırmalar nəticəsində Lalə Əliyevanı isə qardaşı, 27 yaşlı Tural Əliyevin bıçaqladığı müəyyənləşib.

 

Hər iki faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli