Yeznə-qayının mübahisəsi qanlı bitdi

Sumqayıt polisi yeznəsini baçaqlayan Mixael Anatolyeviçi saxlayıb. Ağır xəsarət almış Vasiley Sabunkov Sumqayıt  şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  İstintaqla müəyyən olunub ki , yeznə-qayın yeyib içdikdən sonra aralarında mübahisə düşüb. Vasyanın Mixaeli aramsız təhqir etməsi sonuncunu hövsələdən çıxarıb.

Faktla bağlı CM-nin 126-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

APA TV-nin xəbərinə görə, saxlanılan Anatolyeviç əvvəllər oğurluq üstündə məhkum olunub. 

Müəllif | Apa.Tv