Suriyada DAHA BİR AZƏRBAYCANLI ÖLDÜRÜLDÜ

Suriyada daha bir azərbaycanlı mücahid öldürülüb. APA-nın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb. Həlak olan mücahid Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan “İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü, “Primorskiy Muhammed” ləqəbi ilə tanınan Azərbaycan vətəndaşıdır. Onun Bəşər Əsəd qüvvələri tərəfindən öldürüldüyü bildirilir. Mücahidlər “Primorskiy Muhammed”in meyitinin fotolarını da sosial şəbəkələrdə yayıblar.

 

APA TV-nin xəbərinə görə, bir neçə gün əvvəl Suriyada daha iki azərbaycanlı mücahid öldürülüb.

 

Onlar “Əl-Nüsra Cəbhəsi”nin sıralarında döyüşən Namiq Əsgərov və “Azəri Seyfullah” ləqəbli Soltan adlı şəxsdir.

 

Müəllif | Apa.Tv