“Land Cruiser” “Mercedes”ə çırpıldı

Ötən gecə Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza Həsən bəy Zərdabi küçəsində qeydə alınıb. Hadisə zamanı Nuriyev İsmayıl Adil oğlunun idarə etdiyi “Land Cruiser” və Qurbanov Dəyanət İsaxan oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

 

Hadisəni araşdıran yol polisi əməkdaşlarının verdiyi məlumata görə, qəzanın “Land Cruiser” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozması nəticəsində baş verdiyi ehtimal olunur. Belə ki, bu avtomobil köməkçi yoldan əsas yola çıxarkən soldan gələn “Mercedes”ə yol verməyib və nəticədə toqquşma baş verib.

 

APA TV-nin xəbərinə görə, qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv