Moskvada AZƏRBAYCANLILARIN DAHA BİR BAZARI YANDI
Moskvada daha çox azərbaycanlıların işlədiyi bazarda yanğın olub. Hadisə səhər saatlarında baş verib. Balatnikovskiy 12 ünvanında azərbaycanlıların işlədikləri bazarda 100 kv metr ərazi tamamilə yanıb. Həmin dükanlar içindəki əşyalarla birlikdə yararsız hala düşüb. Digər iaşə obyektlərinə isə ciddi ziyan dəyib. İlkin versiyaya görə, yanğının qısa qapanmadan baş verdiyi bildirilir. Hadisə yerinə 3 yanğınsondürmə briqadası cəlb olunub. Bir neçə saat ərzində yanğının qarşısı alınıb. Xəsarət alan yoxdur.