Türkiyədə 16 şəhərin POLİS RƏİSİ İŞDƏN ÇIXARILDI
Türkiyə hökuməti ölkənin polis təşkilatını nurçu və ya nurçulara yaxın olmasından şübhə duyulan polislərdən təmizləmək üçün başladığı geniş miqyaslı tədbirləri davam etdirir. Artıq on beş şəhərin əmniyyət müdiri, yəni polis rəisi vəzifələrindən uzaqlaşdırıb. Kırıkkale vilayətinin polis rəisi isə bu vəzifədən çıxarılaraq Ankaraya təyin olunub. İstanbul əmniyyət müditi istisna olmaqla, bütün polis rəisləri mərkəzə sərəncama göndərilib.
APA TV-nin xəbərinə görə, Türkiyədə bir sıra tanınmış şəxslərin həbsinə sanksiya vermiş Zəkəriyyə Öz İstanbul baş prokurorunun birinci müavini vəzifəsindən kənarlaşdırılaraq Bakırköy prokurorluğuna təyinat alıb. Bakırköy ədliyyəsinə adi hakim statusu ilə göndərilən Zəkəriyyə Özün artıq heç bir xüsusi səlahiyyəti olmayacaq, ancaq mülki işlərə baxacaq.
Bu qərarı verilməsinə səbəb “rüşvət əməliyyatı” çərçivəsində Zəkəriyyə Özlə bağlı faktların ortaya çıxmasıdır. Bu faktlardan biri Zəkəriyyə Özün iş adamı Əli Ağaoğlunun şirkətinin hesabına bir həftə Dubayda lüks oteldə dincəlməsidir.
Zəkəriyyə Öz isə barəsində irəli sürülən iddiaları təkzib edib.