"SOCAR GEORGİA" erməni kəndlərinə qaz verilməsi məsələsinə aydınlıq gətirdi

"SOCAR azərbaycanlıların yaşadığı kəndlərdə qaz şəbəkəsinin sahibi deyil, bu ərazilərdə qaz xətlərinə Gürcüstanın neft-qaz şirkəti baxır".

 

APA TV-nin xəbərinə görə, bunu Vesti.az-a "SOCAR GEORGİA"-nın baş direktoru Mahir Məmmədov deyib. O, qazsız Azərbaycan kəndlərinin SOCAR-ın Gürcüstandakı erməni kəndlərini qazlaşdırması ilə bağlı etirazına cavab olaraq, deyib. Mahir Məmmədov qeyd edib ki, həmin qaz xətləri köhnə olduğundan dövlət bu şəbəkəni idarə edə bilməyib və və SOCAR-a verib: "Bu, yeni qərardır. O ki qaldı erməni kəndlərinə qaz verilib, Azərbaycan kəndlərinə verilməməsi ilə bağlı məsələyə, mən bununla razı deyiləm. Bu Azərbaycan kəndləri bizim mülkiyyətimiz deyil. Biz ölkənin öz şirkətinin olduğu əraziyə necə qaz verə bilərik".

 

Mahir Məmmədov qeyd edib ki, SOCAR-ın xətləri qazla təmin etməsi prosesi artıq başlayıb.

Müəllif | Apa.Tv