Azərbaycan və Ermənistan XİN başçıları nə vaxt görüşəcəklər?
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında keçiriləcək növbəti görüşün vaxtı məlum olub. APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, görüşün yanvar ayının sonunda baş tutacağı gözlənilir. Parisdə baş tutacaq görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi üzrə danışıqları davam etdiriləcək. Nazirlərin görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edəcək.
Yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun həmsədrləri Cenevrədə toplaşaraq ATƏT sədri, İsveçrənin xarici işlər naziri Didye Bukxalter ilə Dağlıq Qarabağ münaqişəsinin danışıqlarının formatını müzakirə edəcəklər.
APA TV xəbər verir ki, Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşü fevral ayından tez keçirilməyəcək və bu görüş son danışıqların gündəliyindən asılı olacaq.