Rafiq Tağının QATİLİ TAPILMADI

Yazıçı-publisist Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı başlanmış cinayət işi üzrə icraat dayandırılıb.


Rafiq Tağının hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov bununla bağlı Baş Prokurorluqdan məktub alıb. Həmin məktubda icraatın dayandırıldığı qeyd olunub.

 

ELçin Sadıqov APA TV-yə bildirib ki, prokurorluğun qərarı ilı bağlı məhkəməyə müraciət olunacaq: "Həmin qərarın verilməsi üçün məktub göndərdik. Qərar bizə verildikdən sonra məhkəməyə müraciət olunacaq".

 

2011-ci il noyabrın 19-da Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist Tağıyev Rafiq Nəzir oğlunu naməlum şəxs bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarəti alan publisist hadisədən 4 gün sonra müalicə olunduğu Klinik Tibbi Mərkəzdə dünyasını dəyişib.

 

Hadisə ilə bağlı əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, lakin Rafiq Tağının ölümündən dərhal sonra Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub. 

 

Müəllif | Apa.Tv