Fəlsəfə doktoru olmaq istəyənlər imtahan verir

Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə elmləri doktoru olmaq istəyənlər imtahan verir. APA TV-nin xəbərinə görə, fəlsəfə doktorluğu üzrə 205 yer ayrılıb ki, onlardan 126 əyani, 79 isə qiyabi yerdir. 289 namizəd özünü sınayır. AMEA-nın ictimaiətlə əlaqələr şöbəsinin mütəxəssisi Baba Əliyev deyir ki, ötən illərdən fərli olaraq bu ilki qəbula yenilik edilib. Əvvəllər ilk imtahan ixtisas fənni üzrə aparılırdısa, bu il ilk imtahan xarici dil fənnindən keçirilir.

 

AMEA-nın mütəxəsisi Baba Əliyev deyib ki, imtahanlar 3 mərhələdə aparılır. Birinci mərhələdə xarici dil fənni üzrə, ikinci mərhələdə fəlsəfə, üçüncü mərhələdə isə ixtisas fənni üzrə imtahan keçiriləcək.

 

Xarici dil fənni üzrə aparılan ilk imtahan iki proqram üzrə aparılır ki, bunlardan birinci 3 və ya 4 qiymət almaq üçün daha asan proqramdan şifahi imtahan verəcəklər. İkinci proqram isə əla qiymət almaq istəyənlər üçün nəzərdə tutulub.
 

AMEA-nın xarici dillər kafedrasının müdiri Səidə İbrahimova  deyib ki, keçən il xarici dil imtahanı sonda olub. 

İmtahan verib cavab qiyməti gözləyən namizədlərin isə üzündə həm intizar, həm kədər, həm də bir inam var.

 

Yanvarın 29-dək davam edəcək imtahanlar başa çatandan sonra AMEA sistemi üzrə doktorantura və dissertantura pilləsi üzrə dərslər mart ayında başlanması nəzərdə tutulur.

Müəllif | Apa.Tv