Bu qış necə olacaq? - PROQNOZ

Yaxın iki gündə ölkə ərazisində əsasən, mülayim və yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Bakıda və Abşeron yarmadasında ayın 9-da cənub küləyi, 10-da isə mülayim şimal küləyi əsəcək. Səhər və axşam saatlarında duman olacaq. Havanın temperaturu gündüz saatlarında 7-10 dərəcə isti təşkil edəcək.

 

ETSN-nin Hidrometeoroloji Proqnozlar Bürosunun qrup rəhbəri Fərqanə Həsənova APA TV-yə deyib ki, bölgələrdə də mülayim hava şəraiti üstünlük təşkil edəcək. Əsasən, yağmursuz  və duman olacağı gözlənilir, şərq küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 5-10, dağlarda 0-5 dərəcə isti təşkil edəcək.

 

Meteoroloji amillərin zəif və mülayim tərəddüdü metohəssas inanlar üçün əlverişli olacaq.

 

İqlim dəyişmələri və azon mərkəzinin direktoru Gülmalı Süleymanov isə deyir ki, bu qış üçün verilən proqnoz özünü doğruldur. Bütün proqnozlara görə, qış ümumiyyətlə bu il mülayim keçməlidir.

 

Son vaxtlar yayılan xəstəliyin havalarla bağlılığına gəlincə isə, Gülmalı Süleymanov deyir ki, insanlara yanlız havada kəskin dəyişikliklərin olması təsir edir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova