Öldürdüyü piyadanı qoyub qaçan sürücü yaxalandı

Yasamal polisi ölümlə nəticələnən yol-nəqliyyat hadisə törədən şəxsi saxlayıb. Bakı şəhər sakini Rəsul Qudulov yanvarın 5-də Tbilisi prospektində idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub. APA TV xəbər verir ki, təqsirləndirilən şəxsin dediyinə görə, qarşısında hərəkət edən avtomobil qəflətən bir yoldan digər yola keçib. Bu vaxt yol-nəqliyyat hadisəsi baş verib. Avtomobilin ön şüşəsinə dəyən piyada, 1961-ci il təvəllüdlü Ayaz Tahirov magistral yolda köməksiz vəziyyətdə qalaraq ölüb. Sürücü hadisə yerindən qorxduğu üçün qaçdığını deyib

 

Faktla bağlı CM -nin 264 -ci maddəsi ilə cinayət işi başlanılıb. 

Müəllif | Apa.Tv