Böyrək çatışmazlıqdan əziyyət çəkən Qarabağ əlilinin yardıma ehtiyacı var

Qarabağ qazisi böyrək çatışmazlığından əziyyət çəkir. Astara rayonunun Siyatük kənd sakini Uğur İbrahimov 1992-ci ildə Qarabağ uğurunda gedən döyüşlərin birində əsgər yoldaşlarını əsir düşməkdən xilas edərkən özü də düşmən gülləsinə tuş gəlib. Müəyyən müddət hərbi hospitalda müalicə alan soydaşımız  yenidən cəbhə bölgəsinə qayıdıb. Ağdərə, Zəngilan, Qubadlı, Füzuli və digər ərazilərdə döyüş yolu keçən soydaşımız sonradan daha 3 dəfə ağır yaralanaraq, sağlamlığını itirib. 2-ci qrup əlili olan Uğur İbrahimov növbəti dəfə cərrahiyyə əməliyyatı olunmalıdır. Lakin maddi imkansızlıq ucbatından o, bunu reallaşdıra bilmir.

 

Uğur İbrahimov deyir ki, bacısı ona böyrəyini verməyə hazırdır. Ancaq bunun üçün 18 min manat vəsait lazımdır.

 

APA TV-nin xəbərinə görə, Uğur İbrahimovun hazırda yaşadığı ev ölkə başçısının xüsusi tapşırığı ilə 2004-cü ildə tikilərək ona hədiyyə olunub.

                     

 

Müəllif | Apa.Tv