Ermənilər müsəlmanlaşır

Hələb yaxınlığında Kafr-Hamra şəhərində yaşayan iki erməni ailəsi bir neçə gün öncə ictimai şəkildə islam dinini qəbul edib. "Amerikanın səsi" radiosunun verdiyi məlumata görə, Kafr-Hamra şəhərinin Əl-Sabah rayonunda 9 erməni ailəsi yaşayır. Onların yaşadığı bina isə "ermənilərin binası" adlanır. Ərəbdilli "Aks-Alser" saytının yazdığına görə, islam dinini qəbul edən ailəyə bunun üçün hər hansı təzyiq olmayıb. İki ailə könüllü şəkildə islamı qəbul edib. APA TV-nin xəbrinə görə, "Onlar islam dinini qəbul etməyə məcbur edilsəydilər, onda 9 ailənin hamısı bu addımı atardı ", - deyə sayt yazır.

Müəllif | Apa.Tv