Bərdədə iki "Mercedes" aşdı : 6 yaralı
Ötən gecə Bərdə rayonunun Zümrüxan kəndində iki yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın Qarabağ bürosunun xəbərinə görə, hadisələrin hər ikisi Bərdə rayonunun Zümrüxan kəndinin ərazisində qeydə alınıb. Tərtər rayon sakini, 36 yaşlı Səməd Tahirov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinləri - 40 yaşlı Natiq Mehdiyev, 30 yaşlı Ramiz Əhmədov və Babək Kərimov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Səməd Tahirov və Natiq Mehdiyevin vəziyyətləri orta-ağır qiymətləndirilir. Digər yaralılar Ramiz Əhmədov və Babək Kərimova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Hadisədən bir qədər sonra Zümrüxan kəndində daha bir yol qəzası baş verib. “Mercedes” markalı avtomobilin aşması nəticəsində kənd sakinləri 35 yaşlı Kənan Rzayev və 31 yaşlı Yəhya Mahmudov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.