Amerikada 20 NƏFƏR DONARAQ ÖLÜB

ABŞ-da donvurmadan 20 nəfər həlak olub. Birləşmiş Ştatlarda təxminən 430 min ev işıqsız qalıb. Dəmiryol, avtomobil və hava nəqliyyatı ciddi problemlərlə üzləşib. ABŞ-da ən ağır situasiya Orta Qərbdədir. Bu bölgədə 4 minə yaxın aviareys təxirə salınıb. ABŞ-ın şimal-şərqində qar örtüyünün qalınlığı 60 sm-a çatıb. Nyu-York və Vaşinqtonda havanın temperaturu-20 dərəcəyə düşüb. APA TV-nin xəbərinə görə, Montana ştatındakı Komertaun şəhərində isə soyuqlar rekord vuraraq -53 dərəcəyə çatıb. 

Müəllif | Apa.Tv
Apa.tv