Erməni hərbçi QƏTLƏ YETİRİLDİ
Dekabrın 8-də Ermənistanın Vanadzor şəhəri yaxınlığında keçmiş hərbçi avtomobilində ölü tapılıb. Vanadzor-Stepanavan avtomagistralında tapılan "Pegout" markalı 73 ML 777 nömrə nişanlı avtomobilin daha əvvəl qəza törətdiyi düşünülüb. Araşdırma zamanı avtomobildə olan keçmiş hərbçi, hazırda bizneslə məşğul olan Mqer Qriqoryana bir neçə bıçaq zərbəsi endirildiyi məlum olub. APA TV-nin xəbərinə görə, hadisə Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsi yaxınlığında baş verib.