İTV-NİN APARICISI QƏZA TÖRƏTDİ, BACISI ÖLDÜ
Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib. Suraxanı rayon 30-cu polis bölməsindən APA TV-yə verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. “Hyundai” markalı avtomobil Hövsan kanalına düşüb.
Avtomobilin sürücüsü Rafiq Məmmədov xilas olsa da, sərnişin Pərvanə Məmmədova suda boğularaq ölüb.
Avtomobilin sürücüsü Rafiq Məmmədov İTV -nin informasiya departamentinin əməkdaşıdır. Dünyasını dəyişən sərnişin isə onun bacısı, 32 yaşlı Pərvanə Məmmədovadır. O, səhiyyə nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova ölüm faktını təsdiqləyib. Bir neçə gün öncə 32 yaşını qeyd edən Pərvanə Məmmədova işə gedirmiş,
Onun meyiti hazırda 3 saylı şəhər xəstəxanasının morqundadır.