PROKURORDAN ŞOK İDDİA: "Ərdoğan məni təhdid etdi..."
Türkiyədə "korrupsiya və rüşvət" əməliyyatını başlayan və sonra bu işdən uazqlaşdırılan prokuror Zəkəriyyə Öz şok iddialarla çıxış edib. "Ərgənəkon" əməliyyatının prokuroru olmuş Zəkəriyyə Öz baş nazir Rəcəb Tayyib Ərdoğanın iki nəfər göndərərək onu təhtid etdiyini bildirib. Hazırda xüsusi səlahiyyətləri əlindən alınaraq, yanlız mülki işlərə baxmaq səlahiyyəti olan prokurorun sözlərinə görə, həmin şəxslər ondan baş nazirdən üzr istəyən bir məktub yazmağı və istintaqı dayandırmağı tələb ediblər: "Bursada bir oteldə görüşdüyüm bu adamlar baş nazirin mənə çox qəzəbli olduğunu, haqqımda ağır sözlər dediyini, bir məktub yazaraq ondan üzr istəməyim lazım olduğunu, hökumətə bağlı şəxslərin dindirilməsini dərhal dayandırmağı, əks təqdirdə zərər görəcəyimi və bunun nəticəsinin ağır olacağını, polisə nədən getdiyimi, bunun hər kəsi çox əsəbləşdirdiyini dedilər".
Zəkəriyyə Öz həmin şəxsləri tanıdığını və yüksək vəzifə tutduqlarını bildirib. Prokuror qeyd edib ki, bu iki şəxsə istintaqın qanunlar çərçivəsində aparıldığını, ciddi dəlillər olduğunu, bu dəlillər səbəbindən bir neçə nəfərin həbs edildiyini, bu yolda ölsə belə, şərəf duyacağını deyib. Bundan başqa, həmin şəxslər "ikinci əməliyyat"da onlara kömək etməyi də istəyiblər. Zəkəriyyə Özün sözlərinə görə, o, bunlara razı olmayıb və bir gün sonra baş nazir Rəcəb Tayyib Ərdoğan onun haqqında doğru olmayan iddiaları dilə gətirib.
Türkiyə mətbuatında yayılan iddiaya görə, prokuror Özün görüşdüyü şəxslər Türkiyənin ilk Ombudsmanı Nihat Öməroğlu və "Balyoz" davası hakimlərindən Ali Əfəndi Peksatdır.
APA TV-nin xəbərinə görə, ötən ay Ədalət və İnkişaf Partiyasından istefa verən Hakan Şükür Nyu-Yorka gedib. O, jurnalistlərə qızına uyğun ingilis dili öyrədəcək kurs tapmaq üçün ABŞ-a getdiyini desə də, özünün "twitter" səhifəsində yazıb ki, imkanı olsa, sevdiyi insanları da ziyarət edəcək. Millət vəkilinin sevdiyi insanlar dedikdə Fətullaf Güləni nəzərdə tutduğu güman edilir.