Fermerlərə şad xəbər
"Bu il fermerlərə ölkədə istehsal olunan 600 yeni traktor verilməsi nəzərdə tutulur".
Bunu APA TV-yə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib. Onun sözlərinə görə, bu il taxıl biçini zamanı ciddi problemlər yarandığından problemi aradan qaldırmaq üçün yeni traktorların alınması nəzərdə tutulur. Bunun üçün Dövlət büdcəsindən 10 milyon vəsaitin ayrılıb: "Gəncədə "Belarus", "MTZ" markalı traktorlar istehsal olunur. Bu il dövlət büdcəsindən ayrılmış vəsait hesabına Gəncədən 600-dən artıq traktor alınacaq".
Hazırda ölkədə cəmi 2 660 kombayn var və bu texnikanın 1 300-dən çoxu və ya 50%-i yeni kombayndır. Qalan texnika isə 20 ildən artıq - SSRİ dövründən istismar olunur.