22 yaşlı oğlanın törətdiyi QƏTLİN TƏFƏRRÜATLARI MƏLUM OLUB

Hacıqabulda qətl törədilib. Rayon prokurorluğundan APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə gecə radələrində rayon dəmiryol vağzalının yaxınlığında baş verib. Hacıqabul sakini 1992-ci il təvəllüdlü   Qubadlı Rüfət Nəriman oğlu həmyerlisi 1985-ci il təvəllüdlü Hacıyev İlham Hacıməmməd oğlunu bıçaqlayıb. 7 bıçaq xəsarəti alan İ.Hacıyev hadisə yerində ölüb. Ağçiyəri  və dalağındakı ciddi yaralar və qanaxma İlham Hacıyevin ölümünə səbəb olub. Onun meyiti müayinə üçün Şirvan şəhər Pataloji Anatomiya və Məhkəmə tibbi ekspertiza mərkəzinə təhvil verilib.

 

Prokuror köməkçisi Röyal Xankişiyev deyib ki, Qubadlı Rüfət Nəriman oğlu şübhəli şəxs qismində saxlanılıb. Fakt üzrə Hacıqabul rayon prokrorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

Qətlə gənclərin avtomobillə ötüşərkən bir-birilərinə yol verməməsinin səbəb olduğu bildirilir. Bu səbəbdən aralarında yaranmış mübahisə bıçaqlanma ilə sonuclanıb.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı