Mücahidlər erməni kilsəsini mədrəsəyə çevirdilər
Suriyada islamçı silahlılar kilsəni ələ keçiriblər. Mücahidlərin ələ keçirdiyi erməni kilsəsidir. APA-nın mücahidlərin saytına istinadən verdiyi məlumata görə, Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı vuruşan “İraq-Şam İslam Dövləti” qruplaşması ermənilərin yaşadığı bölgədə onlara məxsus kilsəni ələ keçirərək oranı mədrəsəyə çevirib. Kilsənin üzərindəki xaç sındırılıb, yerinə İslam bayrağı taxılıb. Hazırda həmin kilsə müsəlmanların istifadəsindədir. APA TV-nin xəbərinə görə, mücahidlər mədrəsə kimi istifadə edilən kilsənin fotolarını da yayıblar.