Gəncədə 8 otaqlı mənzil külə döndü
Gəncədə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə Müslüm Maqomayev küçəsi, ev-20 A ünvanında qeydə alınıb. Oqtay Abudlayevə məxsus, ümumi sahəsi 256 kvadratmetr olan iki mərtəbəli, 8 otaqlı evin ikinci mərtəbəsinin 128 kvadratmetr tavan hissəsi yanıb. Hadisə yerinə 3 yanğınsöndürən avtomobil cəlb edilib. Tez bir zamanda alovun qonşu evlərə və birinci mərtəbəyə keçməsinin qarşısı alınıb. Yanğının qaz sobasından qaynaqlandığı ehtimal edilir.