Azərbaycanın Milli Atlası hazırlanıb
"Ölkə Prezidentinin 2011-ci ilin aprelində verdiyi sərəncamla tərtib ediləcək Azərbaycanın Milli Atlasının ilkin variantı hazırdır".
APA TV-nin xəbərinə görə, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib ki, 450 səhifədən ibarət olan atlas bir ay sonra təqdim ediləcək: "Orda 1500-ə qədər xəritə var. Azərbaycanın tarixi, coğrafiyası, arxelogiyası, mədəniyyəti, iqitisadiyyatı, səhiyyəsi və sair. Torpaq, bitki örtüyü milli atlasda görünəcək. Bu da Azərbaycanın ərazilərinin olduğu kimi saxlanılmasına xidmət edəcək".
Komitə sədri Qazax, Ağstafa, Gədəbəy, Tovuz və Şəmkir rayonlarının sakinlərini vətəndaşların şikayət və təkliflərini dinləyib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda bölgədən olan 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.