Rusiyada rüşvət vermək istəyən AZƏRBAYCANLI CƏRİMƏLƏNDİ

Rusiyada azərbaycanlı miqrasiya xidmətinin əməkdaşına rüşvət verdiyi üçün 1 milyon 50 min rubl dəyərində cərimə ödəyəcək.

 

APA TV-nin xəbərinə görə, 2013-cü noyabrın 5-də xarici vətəndaşların Petuşinsk rayonuna qanunsuz miqrasiyası ilə bağlı araşdırılma zamanı Pokrovdakı "Çarskiy pir" MMC-yə baxış keçirilib və miqrasiya qanununun pozulduğu aşkar edilib. Qeyri-leqal miqrantların qalma rejimlərinə əməl etməmək və onları istixana komplekslərinin tikintisinə cəlb etdiklərinə görə həmin şəxslərin inzibati məsuliyyətə cəlb olunması ilə bağlı sənədlər hazırlanıb.

 

Saxlanılanların arasında 20 azərbaycanlının olduğunu görən Məmmədov Cəmil Nadir oğlu işi həll etmək qərarına gəlib. Həmin gün o, Federal Miqrasiya Xidmətinin əməkdaşına iş kabinetində 35 min rubl rüşvət vermək istəyərkən saxlanılıb.

 

Məmmədov özü Rusiya vətəndaşıdır, İrkutskda qeydiyyatdadır, lakin faktiki olaraq Petuşinks rayonunda yaşayır.

 

Müəllif | Apa.Tv