NİAQARA DONDU
Dünyanın 7 möcüzəsindən biri sayılan Niaqara şəlaləsi Şimali Amerikadakı rekord soyuqlar nəticəsində donub. Havanın temperaturunun bəzi vaxtlarda -40 dərəcəyə qədər enməsi nəticəsində şəlalənin axdığı yerdən başlayan çayın üzü buz bağlayıb.
APA TV-nin xəbərinə görə, bu mənzərə foto həvəskarlarını Niaqara şəlaləsinin ətrafına toplayıb. Amma ilin dörd fəslində turistlərin marağına səbəb olan şəlalənin ətrafında indi soyuqlar üzündən çox az sayda turist gözə dəyir.
Kanada meteorologiya xidməti hələ 30 dərəcəlik şaxta ilə müşahidə olunan havaların həftə sonundan etibarən nisbətən isinəcəyini bildirib. Lakin Niaqara şəlaləsi və ətrafındakı buzların hələ uzun müddət əriməyəcəyi gözlənilir.