Xaçmazda yanğın: EVDƏ YATAN OĞLAN AĞIR YARALANDI

Xaçmaz rayonunda yanğın baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə rayonun Həbiboba kəndində qeydə alınıb. Kənd sakini, 58 yaşlı Məhərrəm Mirzəyevə məxsus yaşayış evində baş verən yanğın zamanı ev sahibinin oğlu, 31 yaşlı Mirzəyev Ramil Məhərrəm oğlu 2-3 dərəcəli yanığ xəsarətləri alıb. O, yanğın zamanı evdə yatıbmış.

 

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən R.Mirzəyev daha sonra paytaxtdakı tibb müəssəsilərindən birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

 

Vəli Turan, Mais Allahverdiyev, APA TV Xaçmaz

 

***********************

Müəllif | Apa.Tv
Vəli Turan