Bakıda təkəri qırılan "Lexus" bu hala düşdü

Bakının Heydər Əliyev prospektində qəza baş verib. 90 RJ 550 nömrəli avtomobil üzü şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək işıq dirəyini qırıb, yolun əks istiqamətinə düşüb.

 

Qəzaya uğrayan "Lexus" markalı avtomobilin sürücüsü Famil Nəsirov APA TV-yə deyib ki, hadisə avtomobilin təkərinin qırılması səbəbindən baş verib. İmtahana getdiyini deyən sürücü avtomobildə tək olub. Sürücü yüngül xəsarət alıb. Faktla bağla araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Almaz Qasımova