Bıçaqladı, ayağını sındırdı, bədəninə isti kərpic və siqaret yapışdırdı - DƏHŞƏTLİ QƏTL - YENİLƏNİB

İsmayıllı rayonunda ağır qətl hadisəsi baş verib. Hadisə rayonun İvanovka kəndində qeydə alınıb. İsmayıllı rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, İvanovka kənd sakini, 61 yaşlı Aleksandr Pestriakovun yaşadığı evdə meyiti tapılıb. Araşdırma zamanı məlum olub ki, Aleksandr Pestriakov onun həyat yoldaşı – 33 yaşlı Valentina Makarovanın tanışı 42 yaşlı Vasili Uvarov tərəfindən işgəncə ilə döyülərək qətlə yetirilib. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

 

Prokrorluğun böyük müstəntiqi İlkin Mustafayev  deyib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Cinayət işi üzrə İvanovka kənd sakini Uvarov Vasili şübhəli şəxs qismində saxlanılıb.

 

Məlumata görə, Valentina Makarovaya məxsus evdə təmir işləri ilə məşğul olan usta Vasili Uvarov iki gün öncə Aleksandr Pestriakov və onun həyat yoldaşı ilə yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı  Aleksandr Pestriakov Vasili Uvarovu söyüb və evdən qovub.   Bundan əsəbləşən Vasili Uvarov tanışını döyməyə başlayıb. Daha sonra Aleksandr Pestriakovun başına odun sobasının üstündəki qaynar kərpiclə vurub. Sonra ev sahibini soyunduran Vasili Uvarov isti kərpici onun bədəninə yapışdırıb, siqaretlə üzünü yandırıb . Dəmir parçası ilə onun ayaqlarını sındırıb. Meyitin üzərində döyülmə əlamətləri və çox dərin bıçaq yaraları da olub. Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov