Hava necə olacaq? - PROQNOZ

Bakı və Abşeron yarımadasında yanvarın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan  APA TV-yə verilən məlumata görə, cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturunun gecə 1-4, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında yanvarın 11-də hava şəraiti əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.  Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 1-6 dərəcə şaxta olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova