Ərdoğanın partiyası SƏS İTİRMƏYƏ BAŞLADI
Türkiyədə "17 dekabr əməliyyatı" və üç nazirin istefası Ədalət və İnkişaf Partiyasına inamı azaldıb. SONAR İctimai Birliyinin apardığı sorğuya əsasən, AKP-nin bugünkü səsi 42 faizədək düşüb. Araşdırma aparan şirkətin nümayəndələri anketlərin doldurulması zamanı 3 min 25 insanla üzbəüz görüşüb. Onlara "bu bazar günü seçki keçirilsə, hansı partiyaya səs verərdiniz?" sualı ünvanlanıb. 26 əyalət və 30 kənddə keçirilən sorğuya görə, CHP-yə səs verənlərin sayı 30 faizədək artıb. MHP tərəfdarlarının sayı isə 18.7 faizə çatıb.
Bu nəticələr AKP-nin tək başına iqtidara gələ bilməsi üçün yetərli deyil.
2011-ci ilin iyun ayından bu vaxta qədər AKP-nin səsinin 7 faiz düşdüyü bildirilir. CHP və MHP isə səslərini artırıb.