Nazir: "Qonşu ölkələrdən efirə müdaxilənin qarşısını almaq üçün sərhəddə 3 stansiya quraşdırılıb"

"Sərhəd zonalarda qonşu ölkələrdən efirə müdaxilələrin qarşısının alınması üçün ötən il üç güclü stansiya quraşdırılıb".

APA TV-nin xəbərinə görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov  Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib ki, müvafiq təhlükəsizlik xidmətləri ilə birgə aparılan işlər nəticəsində artıq bu sahədə ciddi problemlər mövcud deyil.

 

Onun sözlərinə görə, “Azərspace-1” telekommunikasiya peykindən 60-dan çox televiziya kanalının, əsasən xarici ölkələrin və müxtəlif rabitə kanallarının təşkili həyata keçirilir. 6 ayda xarici ölkələrə təxminən 10 milyon ABŞ dolları həcmində ixrac xidmətləri göstərilib: "2016-cı ilə planlaşdırılan yer səthinin monitorinqi peykinin layihə sənədləri və hazırlıq işləri başa çatıb və yaxın vaxtlarda tender elan olunacaq. Müşahidə peyki özünün texnoloji göstəricilərinə görə ən yeni nailiyyətlər sırasındadır. 2017-ci ildə orbitə çıxarılması planlaşdırılan növbəti telekommunikasiya peykinin layihələndirilməsi üzrə işlər davam etdirilib".

 

Əli Abbasov deyib ki, regional və beynəlxalq səviyyədə tranzit informasiya magistrallarının qurulmasında və regional İKT xidmətlərinin göstərilməsində işlər davam etdirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv