Lənkəran sakini 5 kq narkotiklə tutuldu
Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhər sakini Mahmud Abdullayev saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, ondan 5 kiloqrama yaxın marixuana götürülüb. İlkin ifadəsində Abdullayev narkotik vasitəni öz istifadəsinə görə yığdığını bildirib. Bakıya nə məqsədlə gətirdiyini isə deməyib.
İstintaq ehtimal edir ki, Abdullayev narkotik vasitələrin alqı-satqısı ilə məşğul olur. Hazırda həmin şəxsin başqa şəxslərlə əlaqələri araşdırılır.