Sabiq NAZİRİN BACANAĞI KÖNÜLLÜ POLİSƏ TƏSLİM OLDU

Türkiyənin keçmiş dənizçilik, nəqliyyat və kommunikasiya naziri Binəli Yıldırımın axtarışda olan bacanağı Cəmaləddin Haberdar polisə təslim olub.

O, öz vəkiliylə polis idarəsinə gəlib. İzmir Əmniyyət Müdirliyinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlər şöbəsinə gələn Haberdar yanvarın 7-dən axtarışda idi. Onun ifadəsi alınandan sonra məhkəməyə göndərilməsi gözlənilir. Barəsində həbs-qətimkan təbrinin seçilib-seçilməyəcəyinə məhkəmə qərar verəcək.

 

APA TV-nin xəbərinə görə, yanvarın 7-də Türkiyənin İzmir Cümhuriyyət Prokurorluğunun təlimatı əsasında korrupsiya, tenderlərdə qanunsuzluq ittihamı ilə İzmir, İstanbul, Ankara, Van və Hatayda 25 nəfər saxlanılmışdı. Haberdar da həmin maddələrlə təqsirləndirilir. Hazırda hakim partiyadan İzmir bələdiyyə başqanlığına namizəd olan Binəli Yıldırım bu hadisəinin seçki ərəfəsində baş verməsinin şübhəli olduğunu demişdi. O, "məsələ araşdırılsın, günahkar atam olsa belə, keçmərəm" deyə açıqlama vermişdi.    

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı