Nəqliyyat vasitələrini "online" almaq mümkün olacaq

"Özəlləşdirmə prosesi ilə bağlı Respublika Auksion Mərkəzində də "online" rejimə keçməyi planlaşdırırıq. Artıq vətəndaşlar öz evlərindən istədikləri müsadirə olunmuş əmlakı ala bilər. 2014-cü ildə avtonəqliyyat vasitələrinin satışı və kiçik dövlət müəssisələrinin və böyük müəssisələrin 30 faiz səhmlərinin satışını "online" rejimdə həyata keçirməyi planlaşdırırıq".

 

APA TV-nin xəbərinə görə, bunları Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Lənkəranda vətəndaşların qəbulu zamanı deyib. Qəbulda Lənkəranla yanaşı, Lerik, Astara, Cəlilabad, Masallı, Yardımlı, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak edib. Komitə sədri vətəndaşların müraciət və təkliflərini dinləyib. Müraciətlər əsasən daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, habelə komitənin digər fəaliyyət istiqamətlərinə aid olub.

Müəllif | Apa.Tv