TÜRKİYƏ ÇALXALANIR: "Ergenekon"un hakim və prokurorlarının işi araşdırılır

Türkiyədə Hakimlərin və Prokurorların Ali Şurası "Ergenekon" işinə baxan İstanbul 13-cü Ağır Cəza Məhkəməsinin heyəti haqqında araşdırma aparılmasına qərar verib. APA TV-nin xəbərinə görə, araşdırma qərarı həmin işdə mühakimə olunaraq, ömürlük həbsə məhkum edilmiş keçmiş Baş Qərargah rəisi İlkər Başbuğun vəkili İlkay Sezərin 5 oktyabr 2012-ci il tarixində etdiyi müraciəti əsasında verilib.

Hakimlərin və Prokurorların Ali Şurasının qərarına görə, araşdırmanı İstanbul 17-ci Ağır Cəza Məhkəməsi aparacaq.

Şuradan vəkil İlkay Sezərin "müdafiə etdiyi şəxslə görüşmələrində qanunda yer almayan bir formada  maneçilik yaradılması"na görə etdiyi müraciətə görə araşdırılma aparıldığı bildirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv