Lənkəranda dəhşət: ƏTÇƏKƏN MAŞIN 3 YAŞLI QIZIN BARMAQLARINI APARDI
Lənkəranda 3 yaşlı qızın əli ətçəkən maşında qalıb. APA TV-nin xəbərinə görə, hadisə yanvarın 10-da Ürgə kəndində qeydə alınıb. Kənd sakini, 3 yaşlı Zeynəb Əlizadə qızı Həsənovanın əli ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalıb və o, dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətirilib.Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri xəstəxanada təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək uşağın əlini detalın içərisindən çıxarıblar. Diqqətsizlik səbəbindən baş vermiş hadisə nəticəsində uşağın barmaqları ciddi xəsarətlər alıb və vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.