İntihar etmək istəyən gənc xilas edildi
Bakının Xətai rayonunda intihara cəhd hadisəsi olub. Xocalı prospektində tikilməkdə olan hündür mərtəbəli binanın 16-cı mərtəbəsinə çıxan şəxs özünü ordan atmaq istəyib.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər.
Xilasedicilər intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırıb, ərazidəki vətəndaşlar təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib.
Məlum olub ki, intihar etmək istəyən İbrahimli Röyal Hümbət oğludur. İntihar edən şəxslə fərdi söhbət etmək üçün xilasetmə xidmətinin həkim-psixoloqları əraziyə dəvət olunub. Röyal İbrahimli ilə söhbət edən psixoloqlar onu intihar etmək fikrindən döndərməyə nail olublar.
Təxminən bir saat çəkən danışıqdan sonra Röyal İbrahimli binadan düşürülüb, səhhəti yoxlanıldıqdan sonra isə hüquq-mühafizə orqanlarına təhvil verilib.
Onun nişanlı olduğu və özünü öldürmək istəməsinin də məhz ailə münaqişəsi zəminində baş verən hadisədən qaynaqlandığı deyilir.
Faktla bağlı araşdırma aparılır.