Ermənilər kəndlərimizi atəşə tutdular

Ermənistan Silahlı Birləşmələri bayramdan sonra Azərbaycanın qərb sərhədlərində, xüsusilə də Tovuz və Qazax rayonlarında atəşkəsi fəal şəkildə pozmaqda davam edir.


Bir neçə gündür ki, fəallaşan ermənilər rayonun Əlibəyli, Ağdam, Koxa Nəbili və Hacallı kəndlərini atəşə tutublar.

Ən çətin vəziyyət Hacallı və Əlibəyli kəndlərindədir. Kənd sakinlərinin dediyinə görə, ermənilər əhaliyə hədə-qorxu gəlmək üçün işıqsaçan güllələrdən istifadə edirlər.

Erməni silahlı bölmələri İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Qazax rayonunun Qızılhacılı kəndindəki mövqelərimizi atəşə tutublar.
 

Müəllif | Apa.Tv