Təyyarə dənizə düşdü

Yeni Zellandiyada təyyarə qəzası baş verib. Martins Ray şəhərində dəniz kənarında havaya qalxmaq istəyən təyyarə bir neçə saniyə sonra dənizə düşüb. Hadisə nəticəsində pilot yaralanıb.

Qeyd edək ki, bu olay dəniz sahilinə toplaşan yüzlərlə insanın gözü qarşısında baş verib. Polis və sahil mühafizəçiləri xilasetmə əməliyyatı zamanı ətrafdakıları olay yerindən evakuasiya ediblər. Hazırda yaralı pilotun kimliyi müəyyən olunur.
 

Müəllif | Apa.Tv
Apa.tv