Azərbaycan Ordusu daha bir əsgərini itirib

Azərbaycan Ordusu daha bir əsgərini itirib. Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Məzahir Mahir oğlu Abdullayev intihar edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, Mahir Abdullayev 2013-cü ilin yanvarında Bakının Sabunçu rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Müəllif | Apa.Tv