Qaxda 6 nəfərin içində olduğu ev yandı


Qaxda ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

APA TV-nin məlumatına görə, yanğın rayonun Alatəmir kəndində, 76 yaşlı Şota Otaraşviliyə məxsus 2 mərtəbəli 4 otaqlı evdə baş verib. Yanğın qısa zamanda sahəsi 300 kv/m olan evi əhatə edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb edilib.

Yanğın baş verən zaman evdə 6 nəfər ailə üzvü olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Lakin ikimərtəbəli ev içərisindəki əşyalarla birlikdə yanaraq tam yararsız hala düşüb.
Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.
Vüqar Heydərov

Müəllif | Apa.Tv
Vüqar Heydərov