Sabirabadda dəhşətli qəza: 4 nəfər öldü

Sabirabad rayonunda baş verən dəhşətli qəza nəticəsində 4 nəfər gənc ölüb.

Qəza gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 12-ci kilometrliyində baş verib. Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yük maşını ilə “VAZ-21011” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər ağır yaralanıb.

Qəzada Sabirabad rayonunun Nəriman kənd sakinləri - 1994-cü il təvəllüdlü sürücü Həsənov Fərid Nazir oğlu, sərnişinləri - 1995-ci il təvəllüdlü Əhmədov Ələddin Qazər oğlu, 1991-ci il təvəllüdlü Cəbrayılov Orxan Etibar oğlu və 1994-cü il Hüseynov Mircəfər Zamin oğlu hadisə yerində dünyasını dəyişib. Onların meyitləri müayinə üçün Şirvan şəhər Pataloji anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzinə təhvil verilib.

Yaralı Nəriman kənd sakini, 1991-ci il təvəllüdlü Əhmədov Fərid Gülmirzə oğlu Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı